Suriyada Rusiya Hərbi Hava Qüvvələrinə aid hərbi helikopter vurulub.
Axar.az xəbər verir ki, bu barədə Suriya müxalifəti məlumat yayıb.
Helikopterin müxalifət qüvvələri tərəfindən tank əleyhinə raketlə vurulduğu bildirilir. Ehtimal olunur ki, helikopter vurulan Su-24 təyyarəsinin pilotlarını axtarırmış.