Ekranlara çıxdığı üçüncü həftədən sonra "Minecraft" filminin kassa gəlirləri 720 milyon dollar həddini keçib.
Championat.com xəbər verir ki, populyar videooyuna əsaslanan film dünyanın bir çox ölkəsində kino nümayişlərində liderlik edir.
Hazırda Cek Blek və Ceyson Momoanın iştirakı ilə çəkilən film tarixdə ən çox gəlir gətirən videooyun adaptasiyaları siyahısında inamla ikinci yeri tutur. O yalnız "Super Mario Bros"dan (1.36 milyard dollar) geri qalır.
Analitiklər hesab edirlər ki, film hələ mayın əvvəlində 1 milyard dollarlıq həddi keçə biləcək.