İran Mərkəzi Bankının vurulmasına Tehrandan cavab

21-09-2019, 08:07           
İran Mərkəzi Bankının vurulmasına Tehrandan cavab
Mərkəzi Banka yeni sanksiya tətbiqi ABŞ-ın İrana təzyiq yolu tapmaqda nə qədər əlinin boş olduğunu göstərir.

Axar.az xəbər verir ki, bunu İranın Mərkəzi Bankının prezidenti Əbdülnasir Himmət ABŞ Prezidenti Donald Trampın yeni sanksiya təhdidi ilə bağlı danışarkən bildirib.

Himmət qeyd edib ki, ABŞ-ın sanksiyalarının uğursuzluğu hər dəfə daha qabarıq görsənir.

İran Mərkəz Bankının son dövrdə uğurlu olduğunu və bazarlarda da sabitliyi təmin etdiyini bildirən Himmət ticarət və maliyyə əməliyyatlarının ABŞ-ın sanksiya tətbiq etmədiyi kanallardan baş tutduğunu söyləyib.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp İran Mərkəzi Bankına sanksiya tətbiq edildiyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru