Tramp üçün yeni impiçment təhlükəsi – Zelenskiyə təzyiq etməsi onun üçün bəlaya çevrilir

23-09-2019, 17:59           
Tramp üçün yeni impiçment təhlükəsi – Zelenskiyə təzyiq etməsi onun üçün bəlaya çevrilir
ABŞ prezidenti Donald Trama qarşı yeni və növbəti impiçment təhlükəsi yaranıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Nümayəndələr palatasının Kəşfiyyat üzrə komitəsinin rəhbəri Adam Şiff məlumat verib. O, buna əsas olaraq, Ağ Evin başçısının Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbətini göstərib.

Burada Birləşmiş Ştatlar prezidentinin ukraynalı həmkarına keçmiş vitse-prezident, Donald Trampın 2020-ci ilə seçkilərində əsas rəqibi hesab edilən Co Baydenin oğlu Hanter Baydenə qarşı cinayət işi qaldırması barədə təzyiq göstərdiyi iddia olunub. Belə ki, söylənildiyinə görə, ABŞ dövlət başçısı V.Zelenskinin müvafiq addım atmadığı təqdirdə onu Ukraynaya hərbi yardımları kəsəcəyi ilə hədələyib.

“Əgər prezident faktiki olaraq öz kampaniyasının gedişində opponentinə zərbə vurmaq üçün xarici ölkənin rəhbərini qorxutmağa cəhd edirsə və hərbi yardım göstərməkdən imtina edirsə, impiçment yeganə və qaçılmaz vasitəyə çevrilir,” - deyə Adma Şiff CNN-ə müsahibəsində bildirib.

Qeyd olunur ki, insident ilk dəfə bu ilin sentyabrın 19-da ortaya çıxıb.

Həmin gün “The Washington Post” qəzeti ABŞ hərbi kəşfiyyatının bir əməkdaşının rəhbərliyə şikayət edərək prezident Donald Trampın xarici dövlət başçılarından biri ilə ehtiyatsız şəkildə danışaraq ona hansısa söz verdiyini bildirib. ABŞ mediası həmin əcnəbi rəhbərin Ukrayna prezidenti Vladimir Zelenski olduğunu üzə çıxarıb. Sentyabrın 22-də isə Co Bayden bununla bağlı təhqiqata başlanılmasını tələb edib.

“Mən olduqca hiddətliyəm. Tramp məni 2020-ci il yarışlardan vaxtından qabaq kənarlaşdırmaq üçün şərləmək istəyir”,-deyə keçmiş vitse-prezident söyləyib.

Ağ Evin sahibi isə hərbi yardımları kəsmədiyini, hətta 250 milyon dollarlıq vəsaitin ödənildiyini deyib.

Bundan başqa, o, sözlərinin qəsdən media tərəfindən düzgün şəkildə çatdırılmadığını qeyd edib.

“Mən əslində heç bir pis şey söyləmədim. Orda hansısa “quid pro quo” (Azərbaycan variantında “əl əli yuyar, əl də üzü”-red.) kimi ibarədən söhbət gedə bilməzdi. Belə bir şey olmayıb”,-deyə ABŞ prezidenti jurnalistlərlə söhbətində bildirib.

Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.