Conson: "Neft obyektlərinə hücumun arxasında İranın dayandığına əminik"

24-09-2019, 06:14           
Conson: "Neft obyektlərinə hücumun arxasında İranın dayandığına əminik"
İngiltərənin baş naziri Boris Conson Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilmiş hücumun arxasında İranın dayandığına əminliyini bildirib.

APA xəbər verir ki, bu fikri o, “NBC”-yə verdiyi müsahibəsində səsləndirib.

“Biz, demək olar ki, bunun İran olduğuna əminik. Pilotsuz uçuş aparatlarının və qanadlı raketlərin istifadə edildiyini nəzərə alsaq bunun necə baş verdiyinə dair başqa bir versiyamız yoxdur. Bu, dünyanı çox çətin bir ssenariyə, çox çətin vəziyyətə salır”, - baş nazir belə deyib.

Qeyd edək ki, ötən gün B.Conson, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel birgə bəyanat yayaraq, Səudiyyə Ərəbistanına edilmiş son hücumun arxasında İranın dayandığını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru