Rusiya aviasiyası Suriyada Bəşər Əsədə müxalif qüvvələrin nəzarətində olan Erih şəhərini bombalayıb.
Aviazərbələr nəticəsində azı 40 nəfər ölüb, 70 adam yaralanıb.
Erih şəhərinin mülki müdafiə qərargahından verilən məlumata görə, aviazərbələr nəticəsində şəhərə ciddi maddi ziyan dəyib. Hazırda dağıntılar təmizlənir. Yerli hakimiyyət orqanları qurbanların sayının artacağından ehtiyatlanır.
Erih şəhəri Əsədə qarşı çıxan üsyançıların, o cümlədən “ən-Nüsra Cəbhəsi”nin nəzarətindəki İdlib əyalətindədir. İŞİD bu şəhərə nəzarət edə bilmir. (virtualaz.org)