Belarus Prezidenti özünün ziddiyyətli açıqlamaları ilə Rusiya ilə ittifaq qurmağa hazır olmadığını göstərdi.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının İqtisadiyyat Komitəsi rəhbərinin müavini Sergey Kalaşnikov Belarus Prezidentinin müsahibəsinin şərh edərkən deyib.
“Rusiyalı jurnalistlərin işi olduqca peşəkarcasına idi. Onlar Lukaşenkonu danışdıra bildilər. Prinsip etibarı ilə yeni nə isə demədi. Lakin aydın oldu ki, əvvəllər "kamulyaj"da idi. Daha sonra ittifaq dövlətində ümumi struktura qarşı çıxması onu göstərdi ki, Lukaşenko ittifaq yaratmaq istəmir”, - deyə Kalaşnikov bildirib.
Qeyd edək ki, Belarus lideri Rusiyanı hər il ölkəsinə təzyiq etməkdə ittiham edib.
Lukaşenko Kremli NATO və Qərb ittifaqı ilə hədələyib.