Putin açıqladı: Tarixdə ilk yaşandı - "ABŞ-ı qabaqladıq"

25-12-2019, 08:38           
Putin açıqladı: Tarixdə ilk yaşandı - "ABŞ-ı qabaqladıq"
Rusiya ilk dəfə silah istehsalında ABŞ-ı qabaqladı.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş iclasında deyib.

Onun sözlərinə görə, Sovet İttifaqı atom bombası hazırlayan ABŞ-dan geridə qalmışdı: "İlk qitələrarası raketlər inkişaf etdirilməmişdi. Lakin bu gün bənzərsiz bir vəziyyət yaranıb, onlar bizi izləyirlər".

Putin bildirib ki, Avropa və Asiya-Sakit Okean bölgəsində Orta Mənzilli Nüvə Razılaşması Müqaviləsi (INF) ilə qadağan edilmiş qısa və orta mənzilli raketlərin yerləşdirilməsinə dair ABŞ-ın gördüyü tədbirlər izlənməlidir: "İNF-də qadağan edilən ABŞ raketlərinin başda Avropa və Asiya-Sakit Okean bölgəsi olmaqla dünyanın müxtəlif yerlərinə paylanmasını yaxından izləmək məcburiyyətindəyik. Potensial hərbi təhdidləri təhlil etməli və tədbir görməliyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru