İran silkələndi

8-01-2020, 11:13           
İran silkələndi
İranda Atom Elektrik stansiyası yaxınlığında zəlzələ baş verib.

Gununsesi.org xəbər verir ki, REN TV-nin yaydığı xəbərə görə, “Buşer” stansiyası yaxınlığında iki təkan qeydə alınıb.

Bildirilir ki, təkanlar 4,9 və 4,5 bal gücündədir.

Zəlzələnin episentri Borazcan şəhərinin cənub-şərq hissəsində olub.

Yerli vaxtla 2:20-də baş verən, 4,9 bal gücündə olan zəlzələnin dərinliyi 10 kilometr, 3:19-da olan, 4,5 bal gücündə olan zəlzələnin dərinliyi isə 17 kilometr olub.

Dağıntı və tələfatlar barədə məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru