Rusiyadakı nəhəng "Bosch-Siemens" məişət avadanlıqları zavodu fəaliyyətini dayandırıb.
Ölkə.az xəbər verir ki, dekabr ayının 9-da fəliyyətini tyam dayandıran zavod ehtiyat hissələri və detalların çatışmazlığına görə bağlanıb.
Paltaryuyan maşın, soyuducu, qabyuyan və bir neçə adda digər məişət avadanlığı istehsal edən "Bosch-Siemens"in Sankt-Peterburqdakı zavodunun əsas detal və ehtiyat hissələri ehtiyacını Türkiyədəki zavodlar təmin edirdi.
Xatırladırıq ki, Suriya ilə sərhəddə Rusiya hərbi təyyarəsinin vurulmasından sonra Moskva Ankara ilə bütün əlaqələrini kəsib.