İrana yeni hücumun ŞOK DETALLARI - 30-a yaxın qırıcı, 60-dan çox hərbi sursat...
Bu gün, 07:24
İsrail Hərbi Hava Qüvvələrinə məxsus 30-a yaxın döyüş təyyarəsi 60-dan çox hərbi sursatdan istifadə etməklə İran ərazisində onlarla hərbi obyekti vurub.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin ( İDF ) sözçüsü məlumat verib.
İDF iddia edib ki, hücum zamanı hərbçilər Yəzd bölgəsində uzaqmənzilli raketlərin saxlandığı komanda mərkəzini vurublar. Paralel olaraq İsfahan, Buşehr və Əhvazda raket buraxılış qurğularına zərbələr endirilib.
“Həmçinin hava hücumundan müdafiə batareyalarının istehsalında iştirak edən hərbi obyektlərə, Üçüncü briqadanın PUA komanda mərkəzinə və komanda mərkəzi yaxınlığında yerləşən PUA anbarına hücum edilib”, - deyə İDF bildirib.