Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqladı

23-06-2025, 00:04           
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqladı
İran nüvə proqramını inkişaf etdirməyə davam etmək niyyətindədir.

Bunu İranın Atom Enerjisi Təşkilatının (İAET) nümayəndəsi Bəhruz Kamalvəndi ABŞ-ın respublikanın nüvə obyektlərinə gecə endirdiyi zərbələri şərh edərkən deyib.

“Əvvəllər belə hallar olub ki, əlimizdə olan imkan və potensiala görə zədələri dərhal aradan qaldırmışıq. Təbii ki, bu sənaye bundan sonra da inkişaf etməlidir və onun inkişafı dayanmayacaq”, - Kamalvəndi bildirib.

Təşkilat nümayəndəsi vurğulayıb ki, ölkənin nüvə sənayesini tamamilə məhv etmək mümkün deyil:

“Onlar (ABŞ – red.) anlamalıdırlar ki, nüvə sənayesi ölkəmizdə dərin kök salıb və bu milli sənayenin kökünü qoparmaq mümkün deyil”.
axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru