Netanyahu İrana qarşı əməliyyatın nə zaman başa çatacağını açıqladı
Bu gün, 08:14
"İsrail İranda öz məqsədlərinə çatmağa çox yaxındır".
TASS xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında bildirib.
"Bu, bizi məhv etmək istəyən bir rejimdir və buna görə də mövcudluğumuz üçün iki xüsusi təhlükəni aradan qaldırmaq məqsədilə əməliyyata başladıq: nüvə təhlükəsi və ballistik raket təhlükəsi. Biz bu məqsədlərə çatmaq istiqamətində addım-addım irəliləyirik, onlara nail olmağa çox yaxınıq", - deyə Netanyahu qeyd edib.
Baş nazirin sözlərinə görə, İsrail bütün məqsədlərinə çatana qədər bu tarixi əməliyyatı dayandırmayacaq.
"İranda hədəflərimizə çatdıqda, lazım olandan kənara çıxmayacağıq, lakin əməliyyatı çox erkən dayandırmayacağıq. Biz artıq çox şeyə nail olmuşuq və indi prezident Trampın köməyi ilə hədəflərimizə çatmağa daha da yaxınıq", - Netanyahu əlavə edib.