İranda daha bir "Mossad" agenti saxlanıldı - Bir başa əlaqədə imiş...

23-06-2025, 00:13           
İranda daha bir "Mossad" agenti saxlanıldı -
İran polisi ölkənin Robat-Kərim şəhəri yaxınlığında yerləşən Parənd bölgəsində İsrailin “Mossad” kəşfiyyat xidməti ilə birbaşa əlaqəsi olan şəxsi saxlayıb.

Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.

Bildirilib ki, saxlanılan şəxs “Mossad”-dan aldığı təlimatlar əsasında sosial şəbəkələrdə, xüsusilə Instagram platformasında anti-İran yönümlü video və materiallar hazırlayaraq yayırmış. Məqsəd ölkədə ictimai sakitliyi pozmaq və daxili sabitliyi sarsıtmaq olub.

İran təhlükəsizlik qüvvələrinin məlumatına görə, agentin müəyyənləşdirilməsi həm onlayn, həm də fiziki izləmə vasitəsilə aparılıb və ani reyd nəticəsində şübhəli şəxs nəzarət altına alınıb. Onun İsrailin kəşfiyyat qurumu ilə “birbaşa rabitədə” olduğu qeyd olunur.

Qeyd edək ki, son aylarda İran rəsmiləri ölkə daxilində xarici xüsusi xidmət orqanlarına işləyən şəxslərin aşkarlandığını və bu kimi fəaliyyətlərin qarşısının alınmasında ciddi tədbirlər görüldüyünü dəfələrlə bəyan ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru