Ukrayna İsraildən 176 şəxs təxliyə etdi -

23-06-2025, 07:34           
Ukrayna İsraildən 176 şəxs təxliyə etdi -
Ukrayna Prezidentinin tapşırığına əsasən, Yaxın Şərqdəki qarşıdurmalar fonunda indiyədək İsraildən Misirə 176 nəfər təxliyə edilib, aralarında azərbaycanlılar da var.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Məlumata görə, ölkənin Baş Kəşfiyyat İdarəsi yüksək riskli ərazilərdən Ukrayna və tərəfdaş ölkələrin vətəndaşlarından ibarət qrupların təxliyəsini həyata keçirib:

“Onların arasında Ukrayna, Moldova, Latviya, Azərbaycan, Estoniya və ABŞ vətəndaşları var. İrandan Azərbaycana təxliyə də davam edir. Ukrayna və tərəfdaş ölkələrin vətəndaşlarına lazımı müdafiə və yardım göstərmək üçün əlindən gələni edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru