ABŞ-dan Hörmüz boğazı ilə bağlı İrana xəbərdarlıq...

23-06-2025, 00:10           
ABŞ-dan Hörmüz boğazı ilə bağlı İrana xəbərdarlıq...
ABŞ Hörmüz boğazında tranzit gəmiləri qorumaq üçün hərbi tədbirlərdən istifadə imkanını nəzərdən keçirə bilər.

Bu barədə CBS telekanalında dövlət katibi Mark Rubio bildirib.

“İran boğazı bağlamaq qərarına gəlsə, ilk qəzəblənən çinlilər olacaq - onlar buradan keçən neftdən asılıdırlar”, - diplomat qeyd edib.

O əlavə edib ki, Tehranın belə bir addımı genişmiqyaslı eskalasiyaya səbəb olacaq və buna təkcə ABŞ deyil, digər dövlətlər də cavab verəcək.

Qeyd edək ki, İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib.
axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru