ABŞ-ın İrana zərbələrinə beynəlxalq reaksiyalar

Bu gün, 07:54           
ABŞ-ın İrana zərbələrinə beynəlxalq reaksiyalar
ABŞ-ın İrana zərbələrinə beynəlxalq reaksiyalar:
- Rusiya qəti şəkildə pislədi;
- BMT dərin narahatlığını ifadə etdi;
- Avropa ölkələri bəyan etdilər ki, İranın nüvə silahına sahib olması yolverilməzdir və İran ABŞ və Aİ nüvə proqramına nəzarətlə bağlı danışıqlara qayıtmaq lazımdır.
Təbii ki, Avropa son hadisələrə sevinir, amma daxili elektoratın qarşısında bunu açıq dəstəkləyə bilməz.
- Ərəb ölkələrin böyük əksəriyyəti Avropa ilə eyni mövqedədir.
- Çin İranı Hörmüz boğazında gəmiçiliyə mane olmamaq barədə ciddi şəkildə xəbərdar etdi.
Niyə?
Düzdür, çünki Çin üçün əsas məsələ ticarətdir.
Bu da sizə Çin.
Davam edək.
Fordo obyektinə aid peyk görüntüləri yayılıb.
Bu görüntülərdə ABŞ-ın bunkerləri deşən GBU-57 bombalarından əmələ gələn 6 dəqiq giriş dəliyi aydın görünür. Dəliklər çox sıx şəkildə yerləşib (bir-birindən 15 metrdən artıq məsafədə deyil) və hamısı havalandırma şaxtalarının yaxınlığındadır. ABŞ Fordonu uzun illər ərzində araşdırıb və əməliyyatı planlaşdırıb. Zərbələr gerçəkdən çox dəqiq alındı və bunu bir çox mütəxəssislər etiraf edirlər.
Dəliklər arasındakı məsafə 15 metr və 9 metrdir.
Görünür ki, kraterlər(dəliklər) sentrifuqaların yerləşdiyi zalın üstündədir (orada 2-3 min sentrifuqa var). Lakin onların məhv edilib-edilmədiyi hələ ki, məlum deyil.
Kamran Cəfərov
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.