İran: ABŞ-nin hücumları nəticəsində yaralananlarda radioaktiv şüalanma əlamətləri yoxdur

23-06-2025, 08:38           
İran: ABŞ-nin hücumları nəticəsində yaralananlarda radioaktiv şüalanma əlamətləri yoxdur
İranın Səhiyyə Nazirliyi ölkənin nüvə obyektlərinə ABŞ-nin zərbələri nəticəsində yaralıların olduğunu təsdiqləyir, lakin onların heç birində radioaktiv şüalanma əlamətləri aşkar etməyib.

Teleqraf xəbər verir ki, bu barədə Nazirliyin sözçüsü Hüseyn Kermanpur “X” sosial şəbəkəsində yazıb.

"İllərdir Səhiyyə Nazirliyi nüvə obyektlərinə ən yaxın tibb müəssisələrində fövqəladə hallar üzrə bölmələr yaradıb. Xoşbəxtlikdən, ABŞ-nin bombardmanından sonra bu mərkəzlərə köçürülən yaralıların heç birində radioaktiv şülanma əlamətləri aşkar edilməyib", - paylaşımda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru