Rəsmi Bakı ABŞ-nin İrana hücumu ilə bağlı bəyanat yaydı

23-06-2025, 07:08           
Rəsmi Bakı ABŞ-nin İrana hücumu ilə bağlı bəyanat yaydı
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb.

"Ölkə.az" xəbər verir ki, bəyanatda bütün tərəflər dialoq və diplomatiyaya üstünlük verməyə çağırılır.

"Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.

Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq", - bəyanatda qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru