Ukraynada separatçıların liderlərindən biri qətlə yetirilib
13-12-2015, 10:54
Ukraynanın Luqansk şəhərində separatçıların liderlərindən biri qətlə yetirilib. APA-nın “Luqanskinformtsentr”a istinadən verdiyi xəbərə görə, avtomobildə quraşdırılmış partlayıcı qurğunun işə salınması nəticəsində separatçı “Luqansk Xalq Respublikası”nın 6-cı motoatıcı kazak alayının komandiri polkovnik Pavel Dremov və onun sürücüsü hadisə yerində ölüblər.
Separatçılar hadisənin törədilməsində Ukraynanın xüsusi xidmət orqanlarını ittiham edirlər.