"Rusiyanın ehtiyatda fondu 2016-cı ildə tam əriyəcək" - Rusiyanın maliyyə naziri Anton Siluanovun

13-12-2015, 10:58           
"Rusiyanın ehtiyatda fondu 2016-cı ildə tam əriyəcək" - Rusiyanın maliyyə naziri Anton Siluanovun
Rusiyanın maliyyə naziri Anton Siluanovun “Rambler Newes Service” agentliyinə verdiyi məlumata görə, bu ilin sonu üçün Ehtiyat Fondunda (EF) və Milli Rifah Fondunda (MRF) ümumilikdə 8,3 trilyon rubl pul qalıb. Nazir agentliyə bildirib: ”İlin sonu üçün hökumətin Ehtiyat Fondundakı pulun miqdarı 3,4 trilyon rubl, Milli Təminat Fondundakı məbləğ isə 4,9 trilyon rubl təşkil edəcək. Ehtiyatların ümümi həcmi 8,3 trilyon rubl və ya Ümumi Daxili Məhsulun 11,3 faizdir.”

Siluanov həmçinin onu da qeyd edib ki, 2016-ci ildə Ehtiyat Fondundakı 2,6 trilyon rubldan istifadə olunacaq. Bu pullar büdcə kəsirinin maliyyələşdirilməsinə yönələcək. 9 dekabr tarixində baş nazir Dmitri Medvedyev bəyan edib ki, Ehtiyat Fondu məhz mürəkkəb iqtisadi vəziyyətlərdə istifadə olunmaq üçün yaradılıb. Medvedyev deyib: ”Ağırdır, lakin dözüb ehtiyatları saxlamalıyıq kimi mövqe bizim nəyimizə lazımdır? Əlbəttə ki, biz həmin ehtiyatı xərcləyəcəyik, lakin ağıllı surətdə xərcləyəcəyik”.

Maliyyə nazirliyinin son məlumatına görə, (1 dekabr) Rusiya Ehtiyat Fondunun həcmi 3,93 trilyon rubl (59,35 milyard dollar-ÜDM-in 5,3%) Milli Rifah Fondunun həcmi isə 4,78 trilyon rubl (72,22 milyard dollar-ÜDM-in 6,5%) təşkil edir. Ümumilikdə 8,71 trilyon rubl (131,57 milyard dollar).

4 dekabr tarixində Rusiyanın Mərkəzi Bankı “Trendlər nə deyir” adlı bülleten çap etdirib. Həmin bülletendə bu fondların gələcəyi barəsində proqnoz yer alır. Mərkəzi bank belə hesab edir ki, Ehtiyat Fondu 2017-ci ilin ortasında, Milli Rifah Fondu isə 2018-ci ilin sonunda tamamilə əriyəcək. Hər iki fond dövlətin qızıl valyuta ehtiyatına daxildir. Son məlumata görə, onların hamısının cəmi 364,4 milyard dollardır. Bir ay ərzində onların həcmi 4,93 milyard dollar azalıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.