Türkiyədə klub alan azərbaycanlı iş adamının adı məlum oldu - FOTO

23-06-2025, 09:18           
Türkiyədə klub alan azərbaycanlı iş adamının adı məlum oldu - FOTO
Türkiyənin "Serik Belediyespor" klubunun səhmlərinin 50 faizini alan azərbaycanlı iş adamının adı açıqlanıb.

Teleqraf xəbər verir ki, bu, daha əvvəl Rusiya "Ximki"sinin əsas səhmdarı olmuş Tufan Sadıqovdur.
Sadıqov Türkiyə I Liqasına vəsiqə qazanan komandaya vaxtilə Azərbaycanda da çalışmış Sergey Yuranı baş məşqçi təyin edəcək. Bu barədə rəsmi məlumat yaxın günlərdə açıqlanacaq.


Yuranın son iş yeri 2024-cü ilin aprelində ayrıldığı "Pari NN" komandası olub. O, 2011-ci ilin iyulundan 2012-ci il fevralın 27-dək Zaqatalanın "Simurq" komandasının baş məşqçisi olub. Ötənlərin tanınmış futbolçusu 2022-ci il fevralın 23-dən avqustun 9-dək "Ximki"də də eyni vəzifədə çalışıb.

Qeyd edək ki, "Ximki" 2024/2025 mövsümündə 30 oyundan 29 xalla 12-ci pilləni tutaraq, Rusiya Premyer Liqasında yerini təmin edib. Lakin ödənilməmiş borclarının qaldığını səbəb gətirən Rusiya Futbol İttifaqı kluba növbəti mövsüm üçün lisenziya verməyib. Nəticədə iyunun 18-də komanda fəaliyyətini dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru