Tramp: "İndiyə qədər olan ən böyük ticarət razılaşmalarından birini imzaladıq!"

17-01-2020, 00:00           
Tramp: "İndiyə qədər olan ən böyük ticarət razılaşmalarından birini imzaladıq!"
"İndiyə qədər olan ən böyük ticarət razılaşmalarından birini imzaladıq!"

Bunu ABŞ Prezidenti Donald Tramp tvitterdə Çin ilə ticarət razılaşmasının birinci mərhələsi barədə imzalanan saziş haqqında yazıb.

"Bu, həm Çin, həm də uzunmüddətli əlaqələrimiz üçün də önəmlidir. 250 milyard dollar ölkəmizə geri qayıdacaq. Biz indi razılaşmanın ikinci mərhələsi üçün çox yaxşı bir mövqedəyik. ABŞ tarixində buna oxşar bir şey olmayıb!", - deyə Donald Tramp qeyd edib.

ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Dövlət Şurasının Baş Nazirinin müavini Lyu He ikitərəfli ticarət iddialarının həlli ilə əlaqədar razılaşmanın birinci mərhələsi barədə saziş imzalayıb.

Mərasim Ağ Evdə keçirilib. Əməliyyatın təfərrüatları hələlik açıqlanmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru