İsrail Həmas qruplaşmasının Qəzzadakı mövqelərinə hücum edib

17-01-2020, 07:41           
İsrail Həmas qruplaşmasının Qəzzadakı mövqelərinə hücum edib
İsrail hərbiçiləri partlayıcı maddələrlə şarların atılmasına cavab olaraq Həmas qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.

“Gün ərzində Qəzza zolağından İsrail ərazisinə partlayıcı maddə olan şarlar atılıb. Buna cavab olaraq bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş helikopterləri Qəzza zolağının şimalında yerləşən Həmas mövqelərinə hücum edib”, - məlumatda bildirilib.

Qeyd edək ki, İsrail tərəfi çərşənbə günü də Həmasın Qəzza zolağındakı hədəflərinə analoji hücumlar edib. Bu hücum Həmasın İsrail tərəfə dörd raket mərmisi atmasına cavab olaraq həyata keçirilib. Mərmilərdən ikisinin Dəmir Günbəz müdafiə sistemi tərəfindən məhv edildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru