Çinin Hubey əyalətində koronavirusa görə 10 şəhər bağlanıb

24-01-2020, 09:15           
Çinin Hubey əyalətində koronavirusa görə 10 şəhər bağlanıb
Çinin koronavirusun geniş yayıldığı Hubey əyalətində Uhan şəhərinin ardınca daha doqquz şəhərdə nəqliyyat əlaqəsi müvəqqəti dayandırılıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Beləliklə, nəqliyyatın fəaliyyətinin dayandırıldığı şəhərlərin sayı Uhan, Çibi, Eçjou, Xuanqan, Syantao, Çjiszyan, Syanszyan, Xuanşi, Enşi və Syannin də daxil olmaqla 10-a çatıb.

Uhan şəhərində ən ciddi karantin mövcuddur. Bu şəhərdə yerli vaxtla saat 10:00-da avtobusların, bərələrin, metronun, su nəqliyyatının hərəkəti dayandırılıb. Həmçinin aeroportda uçuşlar da ləğv edilib, şəhərin və ölkə hakimiyyəti ora getməməyi və xüsusi səbəb olmadan şəhərdən çıxmamağı tövsiyə edir.

Eçjou şəhərində də dəmiryolunun hərəkəti dayandırılıb. Syantao hakimiyyəti bütün avtobusların və su nəqliyyatının hərəkətinə fasilə verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru