İngiltərədə koronavirusa yoluxmaya görə şübhəli bilinən 9 xəstədən 8-i sərbəst buraxılıb

16-02-2020, 09:38           
İngiltərədə koronavirusa yoluxmaya görə şübhəli bilinən 9 xəstədən 8-i sərbəst buraxılıb
İngiltərədə koronavirus (2019-nCoV) xəstəliyi diaqnozu qoyulmuş 9 nəfərdən 8-i xəstəxanalardan evə buraxılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İngiltərə Milli Sağlamlıq Sisteminin hesabatında bildirilib.

Xəstələrdən götürülmüş 2 test nümunələrinin cavabı onlarda yeni virusun əlamətlərinin olmadığını ortaya çıxarıb.

Hesabatda o da bildirilib ki, yanvarın sonlarında Çinin Uhan şəhərindən təxliyə edilən 94 britaniyalı üçün karantin müddəti başa çatıb. Onlar Uirral şəhərindəki (Mersisayd Qraflığı) xəstəxanada həkimlərin nəzarəti altında idilər.

Qeyd edək ki, Çindən təxliyə edilən yüzdən çox digər insanların isə London yaxınlığındakı Milton Kins şəhərində karantində qalması davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru