Bin Ladenin oğlunun ölüm əmrini Tramp verib

17-02-2020, 17:31           
Bin Ladenin oğlunun ölüm əmrini Tramp verib
Prezident Donald Tramp ABŞ xüsusi xidmət orqanlarından “Əl-Qaidə”nin qurucusu Usama bin Ladenin oğlu Həmzə bin Ladenin öldürülməsini tələb edirmiş.

Bu barədə “NBC” telekanalına ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) hazırladığı ölkə üçün potensial hədəflərin siyahısı ilə tanış olan mənbə deyib.

Keçən ilin sentyabr ayında Tramp Usama bin Ladenin oğlunun ABŞ-ın Əfqanıstan və Pakistanda keçirdiyi antiterror əməliyyatı zamanı öldürüldüyünü bəyan edib.

Qeyd olunub ki, prezidentliyin ilk iki ilində CIA Trampa ən təhlükəli terrorçuların siyahısını təqdim edib, lakin Amerika lideri dərhal Həmzə bin Ladenin ölüm əmrini verib.

ABŞ xüsusi xidmət orqanlarının ilk növbədə məhv etməyi planlaşdırdığı şəxslər arasında Trampın ötən ilin oktyabrında öldüyünü elan etdiyi İŞİD qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi də olub. Telekanalın məlumatına görə, bin Ladenin oğlu o qədər təhlükəli deyildi və hücum planlaşdırmırdı.

Bundan başqa, ABŞ Həmzə bin Laden haqqında məlumat verən şəxs üçün bir milyon dollara qədər mükafat elan etmişdi. Ona qarşı sanksiyalar tətbiq olunmuşdu. O, 2015-ci ilin avqust ayından etibarən “Əl-Qaidə”nin üzvü olub və fərqli ölkələrdə hücum çağırışları edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru