“Sarı bulvar qəzetinin üçüncü sort reportyoru...” - BU SÖZLƏRİ PAŞİNYANA PUBLİSİST VARDANYAN DEYİR

17-02-2020, 18:13           
“Sarı bulvar qəzetinin üçüncü sort reportyoru...” - BU SÖZLƏRİ PAŞİNYANA PUBLİSİST VARDANYAN DEYİR
Ermənistanın baş naziri Nikol Paşinyanın Münhen beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Qarabağa dair açıq debatı zamanı nümayiş etdirdiyi qabiliyyətsizlik öz ölkəsində də çoxlu tənqidlərə səbəb olub. O cümlədən Paşinyanın sınıq-salxaq ingiliscəsi lağ obyektinə çevrilib.

Virtualaz.org xəbər verir ki, publisist Artak Vardanyan onu “bulvar qəzetinin üçüncü sort reportyoru” adlandırıb.

“Bizim baş nazirə istənilən rəsmi tədbirdə ingiliscə danışmaq qanunvericilik səviyyəsində qəti qadağan edilməlidir! Bilirəm ki, heç onun ruscası da yaxşı deyil-dinləmək məcburiyyətində qalmışam, ona görə deyirəm. Lakin onun ingiliscəsi-sadəcə olaraq qorxuncdur! Yarımçıq frazalar. Uyğun sözün əzablı axtarışı, öz bədəninin müxtəlif hissələrini qeyri-ixtiyarı qurdalama. Sözlər parazitlərdir (...)Onun münaqişənin tarixçəsi və mahiyyəti barədə bilikləri, baxmayaraq ki, iki ilə yaxındır ölkəyə rəhbərlik edir, tamamilə səthidir və Paşinyan hələ də sarı bulvar qəzetinin üçüncü sort reportyoru səviyyəsində qalıb”,-Vardanyan özünün Facebook səhifəsində yazıb.

Politoloq Andranik Tevanyan isə belə yazıb: “Paşinyan yenidən sübut etdi ki, dövlət başçısı kostyumu onun əyninə çox böyükdür...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.