"Goldman Sachs" qlobal neft tələbatının sutkada 4 milyon barel azalacağını proqnozlaşdırır

17-02-2020, 19:27           
"Goldman Sachs" qlobal neft tələbatının sutkada 4 milyon barel azalacağını proqnozlaşdırır
Qlobal neft tələbatında gündəlik 4 milyon barel azalma ola bilər. ABŞ-ın qabaqcıl investisiya banklarından olan "Goldman Sachs" bu proqnozla çıxış edib. "Goldman Sachs"a görə, koronavirusla bağlı Çində və qlobal miqyasda neft tələbatı əhəmiyyətli dərəcədə azalıb və bunun nə qədər davam edəcəyi qeyri-müəyyəndir. Həmçinin "OPEC+" ölkələrinin neft hasilatını azaldacağına dair qeyri-müəyyənlik də davam etməkdədir.

Beynəlxalq enerji təşkilatlarının proqnozuna əsasən, cari ildə qlobal neft tələbatının sutkada 100-101 milyon barel olacağı gözlənilir.fins.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.