Qalaktikamızın mərkəzində kəşf olunan qaz buludları – Qara dəliyin sirri

18-02-2020, 18:44           
Qalaktikamızın mərkəzində kəşf olunan qaz buludları – Qara dəliyin sirri
Yaponiyadan gələn astronomlar Süd Yolunun mərkəzi hissəsində qaz buludlarının qəribə görüntüsünü aşkarlayıblar.

Qaynarinfo.az xarici mətbuata istinadən xəbər verir ki, bu hadisə qalaktikanın həmin bölgələrində qeyri-adi növ qara dəliklərin olmasını göstərir.

Tədqiqatçılar bu qaz buludlarının kütləsi Günəşdən 10.000 dəfə böyük olan görünməz bir obyekt ətrafında fırlandığını təsbit ediblər. Məlumata görə, bir bulud üç hissədən ibarət olur, onlardan biri, çox güman ki, qara dəlik ətrafında fırlanır.

Bildirilir ki, qazın toplanması inanılmaz dərəcədə sürətlə fırlanan bir dairəvi formaya malik olduğundan, burada görünməz kosmik cism ola bilər.

Bu, həqiqətən bir qara dəlikdirsə, onda cazibə radiusu Neptun və ya Urandan bir qədər böyükdür. Süd Yolunun mərkəzində Yapon astronomları tərəfindən kəşf edilən obyekt qara dəliklərə görə beşinci namizəddir.

Elm adamları bu cür cisimləri mövcudluğu hələ sübut olunmamış orta ölçülü qara dəliklər kimi təsnif edir.

Son zamanlarda əldə olunan dəlillər də bu nəzəriyyəni təsdiqləyir. Bildirilir ki, bu cisimlər ulduz kütləsinin qara dəlikləri (62 günəş kütləsinə qədər) və supermassiv cisimlər (100 min günəş kütləsinə qədər) arasındakı bir ara tipdir.

Tədqiqatçılar hesab edirlər ki, qabaqcıl metodlardan istifadə etməklə qalaktikamızda orta ölçülü qara dəliklər daha çox aşkarlana bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.