Bill Qeyts elektromobil aldı, Tesla-nın sahibi gileyləndi – VİDEO
20-02-2020, 02:49
YouTube-da 10 milyondan çox abunəçisi olan Markes Braunli öz kanalında Microsoft-un qurucusu və dünyanın ən varlı ikinci şəxsi Bill Qeyts ilə müsahibəsini yayımlayıb.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.Qeyts ilə aparılan söhbət YouTube-dan tutmuş koronavirusa qədər bir çox məsələni ehtiva edir. B.Qeyts hətta elektromobillərdən də danışıb.
Qısa müddət əvvəl elektrokar alan milyarderin Tesla əldə edəcəyi gözlənilsə də o, “Porsche”nin sentyabrda təqdim etdiyi “Taycan”ı seçib.
B.Qeytsin elektrokar açıqlamasından sonra Tesla-nın qurucusu və sahibi İlon Mask da səssizliyini pozub. O, Bill Qeyts ilə bu məsələdə aparılan danışıqların çox da müsbət keçmədiyini açıqlayıb. B.Qeytsin niyə Tesla-nı seçmədiyi isə hələlik müəmmasını qoruyur.