Trampdan YENİ TƏYİNAT: MKİ-yə onu rəhbər qoydu

20-02-2020, 10:44           
Trampdan YENİ TƏYİNAT: MKİ-yə onu rəhbər qoydu
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri vəzifəsinə müvəqqəti olaraq Riçard Qrenell təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə Prezident Donald Tramp qərar qəbul edib.


Rəsmi tvitter hesabından açıqlama verən Tramp Qrennelli ABŞ-ın Berlindəki Fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən MKİ direktoruluğuna təyin etməkdən məmnunluğunu ifadə edib.

Səfirin ölkədən kənarda ABŞ-ı çox yaxşı şəkildə təmsil etdiyini vurğulayan Prezident onunla birgə işləməyi səbrsizliklə gözlədiyini qeyd edib.

O, həmçinin, hazırda MKİ-nin rəhbəri vəzifəsində çalışan və qanunlara əsasən, 12 mart tarixinə qədər vəzifəsindən gedəcək Yosef Maquirə xidmətindən dolayı təşəkkür edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru