Virus təhlükəsi bizə çatdı – İranla sərhəd avtomobillər yoxlanılır

21-02-2020, 00:00           
Virus təhlükəsi bizə çatdı
Hazırda bütün sərhəd-keçid məntəqələrində, o cümlədən İranla sərhəddə avtomobillər dezinfeksiya olunur, termovizorlar vasitəsilə insanların hərarəti ölçülür

İranda aşkarlanan koronavirus təhlükəsinə görə sərhəddə profilaktik tədbirlər həyata keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat katibi Natiq Axundov məlumat verib.

O bildirib ki, koronavirus təhlükəsi yaranandan bütün sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejimində çalışır. Profilaktik tədbirlər görülür.

Onun sözlərinə görə, hazırda bütün sərhəd-keçid məntəqələrində, o cümlədən İranla sərhəddə avtomobillər dezinfeksiya olunur, termovizorlar vasitəsilə insanların hərarəti ölçülür. Şübhəli vəziyyət olanda həmin şəxslər aidiyyəti üzrə təhvil verilirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru