İranda parlament seçkiləri keçiriləcək 21-02-2020, 03:54 Fevralın 21-də İranda Məclisə (bir palatalı parlament) seçkilər keçiriləcək.Trend-in məlumatına görə, Seçicilər 7148 namizəd arasından seçim etməlidirlər.Ölkə üzrə seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılacaqdır.Səsvermə saat 20:00-a qədər davam edəcək, lakin lazım gəldikdə məntəqələrin işi uzadıla bilər.İlk ilkin nəticələrin növbəti gün məlum olacağı gözlənilir. Facebook-da paylaş