Avropanın daha bir ölkəsi evtanaziyaya icazə verəcək

21-02-2020, 07:59           
Avropanın daha bir ölkəsi evtanaziyaya icazə verəcək
Portuqaliyanın birpartiyalı parlamenti ölkədə evtanaziyanın leqallaşdırılması haqqında qanun layihəsini dəstəkləyib.

“Report” xəbər verir ki, bu barədə “El Pais” bildirib.

Qeyd edilir ki, fevralın 20-də keçirilmiş səsvermə bu məsələ üzrə ikincidir. Növbəti mərhələ müzakirədən və düzəlişlərin xüsusi komissiya tərəfindən təkmilləşdirilməsindən ibarət olacaq.

Ölkədə bununla bağlı referendumun keçirilməsinin təşəbbüskarı katolik kilsəsi olub. Kilsə evtanaziyanın qanuniləşdirilməsinə qarşı çıxır.

Məlum olub ki, qanun layihəsini ölkə əhalisinin 50,5%-i dəstəkləyir. Rəyi soruşulanların dörddə biri buna qarşı çıxdığını bildirib. Digərləri isə bununla bağlı suala qəti cavab verməyiblər.

Evtanaziya artıq Belçika, Lüksemburq və Niderlandda leqallaşdırılıb. Portuqaliya dördüncü ölkə ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru