ABŞ-dan Çinə tələb: Bu ölkədən idxalı sıfra endir!

21-02-2020, 10:48           
ABŞ-dan Çinə tələb: Bu ölkədən idxalı sıfra endir!
Çin əvvəlki kimi İrandan neft almağa davam edir.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib. O, Çinin İrandan neft tədarükünü sıfra endirəcəklərini gözlədiklərini bildirib.

Hukun sözlərinə görə, ABŞ-ın İrana qarşı sanksiyalar tədbiqi üçün çoxlu hədəfləri var.

Diplomat Tehranın xüsusi şirkətlər yaratmaq hesabına sanksiyalardan yan keçərək, çox dinamik işlədiyini bildirib:

“ABŞ əvvəlki kimi Çinə aylıq bir neçə yüz min barrel İran neftinin tədarük edildiyini müşahidə edir. Biz Çin vətəndaşları və şirkətlərinə qarşı üç dəfə sanksiya tətbiq etmişik. İstərdik ki, bu göstərici sıfıra ensin. Biz sanksiyaların icrası üçün səylə işləməyə davam edəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.