Turçinov: Hələ də nüvə dövləti olan Rusiyaya müharibə elan edə bilmərik

21-02-2020, 16:56           
Turçinov: Hələ də nüvə dövləti olan Rusiyaya müharibə elan edə bilmərik
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov ölkə hakimiyyətinin niyə hərbi vəziyyət tətbiq etməməsini və Rusiyaya müharibə elan etməməsini izah edib.

KONKRET.az xəbər verir ki, o, bu haqda “İslandiya” internet kanalına müsahibəsi zamanı deyib:

“Bir çox insanlar müharibə elanını və döyüş vəziyyətini qarışdırırlar. Təəssüf ki, hələ də nüvə dövlətinə qarşı müharibə elan edə bilmərik”.

Bununla yanaşı, o, 2014-cü ildə hərbi vəziyyət tətbiq edilməsini israr etdiyini, lakin ölkədə hakimiyyət uğrunda mübarizənin fonunda dəstək almadığını qeyd edib.

“Düşündülər ki, hərbi vəziyyət olduqda heç bir seçki keçirilmir. Ancaq qanuni gücə sahib olmaq lazım idi. Bir çox liderin özü prezident olmaq istədi” deyib.

Onun sözlərinə görə, gələcəkdə bu məsələ qaldırılmadı, çünki hərbi vəziyyət BVF-nin maliyyə yardımını dayandırmaq üçün bir fürsət olacaq və xarici investorları qorxudacaqdı.

Daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin tətbiq olunmasının Donbassdakı münaqişənin həllinə kömək etməyəcəyini, ancaq xaosa səbəb olacağını söyləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.