İranda koronavirusa yoluxanların sayı 18 nəfərə çatıb
22-02-2020, 00:01
İran Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə virusa yoluxanların sayı 18 nəfərə çatıb.
Azərtac nazirliyin bəyanatına istinadla xəbər verir ki, virusa yoluxanlardan dörd nəfəri həyatını itirib. Yoluxma halları Tehran, Qum və Ərak şəhərlərində, Gilan vilayətində qeydə alınıb.
Səhiyyə Nazirliyi vətəndaşlara müraciət edərək müqəddəs Qum və Məşhəd şəhərlərinə ziyarətlərini təxirə salmağa, şəxsi gigiyenaya diqqətlə yanaşmağa çağırıb. İlk dəfə virus Qum şəhərində aşkarlanıb. Bu şəhərə xaricdən o cümlədən Çindən çoxlu sayda ziyarətçi gəlir. Ehtimal edilir ki, virusu bura onlar gətiriblər. Şəhərdə bütün məktəblər, universitetlər və uşaq bağcaları bağlanıb. İranın səhiyyə naziri Məhəmməd Mehdi virusun mənbəyinin tapılması ilə bağlı tədbirlərin həyata keçirildiyini bildirib.
Tehranda ictimai nəqliyyatda dezinfeksiya işləri aparılır, əhaliyə tibbi maskalar paylanır. İran Çin ilə təyyarə əlaqəsini tamamlə kəsib. Tehrandan Çinin müxtəlif şəhərlərinə olan reyslər təcili təxirə salınıb. İraq və Türkiyə İranla sərhəd-keçid məntəqələrini müvəqqəti olaraq bağlayıblar.
Bütün bunlar vəziyyətin olduqca ciddiliyindən xəbər verir.