Koronavirusdan yenə onlarla ölüm hadisəsi baş verdi

22-02-2020, 08:04           
Koronavirusdan yenə onlarla ölüm hadisəsi baş verdi
Çində koronavirusdan ölənlərin sayı artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, koronavirusdan ölənlərin sayı 2 345 nəfərə çatıb.

Məlumata görə, gün ərzində virusdan 109 ölüm hadisəsi qeydə alınıb. Ölkədə virusa yoluxmuş 2 393 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Hazırda Çində koronavirusa yoluxanların sayı 75 891 nəfərdir.

Qeyd edək ki, ölkədə koronavirusa ilk yoluxma ötən ilin sonlarında qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru