Avropada koronavirusdan ikinci ölüm qeydə alındı

22-02-2020, 08:06           
Avropada koronavirusdan ikinci ölüm qeydə alındı
İtaliyada COVID-19 koronavirusundan ilk ölüm hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Il Corriere della Sera” qəzeti və digər mətbu orqanlar məlumat yayıb.

Məlumata görə, Veneto vilayətinin Paduya şəhərində virusa yoluxmuş 78 yaşlı kişi dünyasını dəyişib. Qeyd edilir ki, onunla birlikdə 67 yaşlı həyat yoldaşı da yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

Veneto vilayətinin qubernatoru Luk Dzayyu məlumatı təsdiqləyib.

Qeyd edək ki, bu, Avropada koronavirusdan ikinci ölüm hadisəsidir. İlk ölüm hadisəsi fevralın 15-də Fransada qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru