Rusiya: Hamımız bilirik ki, bu şəhərdə vəziyyət ciddidir
23-02-2020, 00:00
Türkiyə ilə Rusiya arasında Suriyanın İdlib bölgəsilə əlaqədar aparılan danışıqların davam etdirilməsi lazımdır.
Bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşiinn deyib. O bildirib ki, Rusiya İdlibdəki böhranın həlli üçün səy göstərir:
“İdlibdəki vəziyyəti sabitləşdirmək üçün Soçi memorandumu imzalanıb. Türkiyə ilə danışıqlarımız hələ də davam edir. Bir müddət əvvəl Rusiyanın nümayəndə heyəti Ankarada görüşlər keçirib. Sonradan bu danışıqlar Moskvada davam edib. Biz bu danışıqların davam etdirilməsinin lazım olduğuna inanırıq. Əsas məsələ mülki şəxslər arasında ölüm hallarının qarşısını almaq və terrorçulara güzəştə getmədən mübarizə aparmaqdır"
Hamımız bilirik ki, İdlibdə vəziyyət ciddidir. Bu gərginliyin daha kritik vəziyyətə çevrilməməsi üçün maksimum səy göstəririk. Bunu Türkiyə tərəfi ilə danışıqlar çərçivəsində aparırıq". \\Axar