İtaliyada koronavirusa yoluxanların sayı 79 nəfərə çatıb

23-02-2020, 03:19           
İtaliyada koronavirusa yoluxanların sayı 79 nəfərə çatıb
İtaliyada yeni növ koronavirusa yoluxanların sayı 79 nəfərə çatıb, onlardan ikisi ölüb və yalnız bir nəfər sağalaraq xəstəxananı tərk edib.

APA xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli bildirib.

Borrelli Nazirlər Şurasının təcili iclasının yekununa dair keçirilən mətbuat konfransında çıxış edərkən deyib ki, virusa yoluxma halı artıq ölkənin 5 bölgəsində qeydə alınıb.

“Lombardiyada daha çox yoluxma halı var – 54 nəfər. Venetoda 17, Emiliya-Romanyada 2, Latsioda 2 və Pyemontedə 1 nəfər bu virusun daşıyıcısıdır”, - deyə Borrelli əlavə edib.

Onun sözlərinə görə, 51 nəfər xəstəliyin simptomları ilə xəstəxanaya yerləşdirilib, onlardan 18-i intensiv terapiya şöbəsindədir, daha 11 nəfər ev şəraitində saxlanılır, çünki onlarda xüsusi simptomlar aşkar edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru