Fransanın Fessenhaym bölgəsində fevralın 22-də ölkədə mövcüd olan ən köhnə atom elektrik stansiyasının birinci reaktoru dayandırıldı.
Trend-in məlumatına görə, bir qədər əvvəl stansiyanın bağlanmasını ölkədə enerji sektorunda yeni siyasətinin başlanğıcı adlandıran müvafiq sənəd dərc edilib.
Dövlət xəzinəsi bütün nüvə stansiyalarını idarə edən “EDF” qurumuna stansiyasının bağlanmasına görə ən az 400 milyon avro ödəyəcək. AES-nın 2000 işçisinin yeni ixtisaslara yiyələnməsi üçün və ya yeni iş yerləri tapmaqda dastək məqsədi ilə şəhər meriyasına 30 milyon avro veriləcək.
Xatırladaq ki, stansiya 43 il əvvəl istifadəyə verilmişdir.
Fessenhaym atom elektrik stansiyasının işinin tam dayandırılması cari ilin iyun ayının 30-a planlaşdırılır.