İranlı generalla bağlı ŞOK DETALLAR üzə çıxdı - Əsədin Suriyadan qaçmasına...

25-02-2020, 00:00           
İranlı generalla bağlı ŞOK DETALLAR üzə çıxdı - Əsədin Suriyadan qaçmasına...
“Suriya münaqişəsi başlayandan bir müddət sonra prezident Bəşər Əsəd postundan istefa verərək, xaricə ölkəyə qaçmaq niyyətində olub. Lakin iranlı general Qasım Süleymani Əsədi fikrindən daşındırıb”.

Publika.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndəsi Hasan Plarek "Fars” xəbər agentliyinə açıqlamasında belə deyib. O iddia edib ki, Süleymani Suriyadakı vəziyyəti Dəməşqin nəzarətində saxlamaq üçün təkbaşına mübarizə aparıb və məqsədinə çatıb. Plarekin sözlərinə görə, Əsəd Suriyada qalmaqla ölkəni xilas edib.

Qeyd edək ki, Qasım Süleymani ABŞ ordusunun Bağdadda təşkil etdiyi əməliyyat zamanı həlak olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.