Ağ Ev Konqresdən koronavirusa görə 1 milyard ABŞ dolları istəyəcək

25-02-2020, 00:03           
Ağ Ev Konqresdən koronavirusa görə 1 milyard ABŞ dolları istəyəcək
Ağ Ev bu həftə ABŞ Konqresinə yeni koronavirusun yayılması ilə mübarizə aparmaq üçün təcili yardım fondundan 1 milyard ABŞ dolları həcmində vəsaitin ayrılması ilə bağlı sorğu göndərəcək.

“Report” “TASS”a istinadla xəbər verir ki, bu barədə “Washington Post” qəzeti planlaşdırma ilə məşğul olan üç işçiyə istinadən məlumat yayıb.

“Təfərrüatlar hələ də razılaşdırılır. Yaxın günlərdə təxminən 1 milyard ABŞ dolları ayrılması üçün Konqresə sorğu göndərilməlidir” deyə nəşr qeyd edib.

“Politico” nəşri isə bildirib ki, bu vəsait peyvəndin hazırlanması və laboratoriya testlərinin aparılması üçün istifadə ediləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.