Blumberq prezidentlik kampaniyasına yarım milyard ABŞ dolları xərclədi

25-02-2020, 09:26           
Blumberq prezidentlik kampaniyasına yarım milyard ABŞ dolları xərclədi
ABŞ-da Demokrat partiyasından prezidentliyə namizəd, tanınmış siyasət və iş adamı Maykl Blumberq (Michael Bloomberg) prezidentlik kampaniyasına 500 milyon ABŞ dollarından çox vəsait xərcləyib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-da prezidentliyə namizədlərin reklama ödədikləri pulları hesablayan “Advertising Analytics” şirkəti məlumat yayıb.

“Hazırda, Blumberqin reklam üçün mediaya xərclədiyi ümumi vəsaitin miqdarı - 509 512 884 ABŞ dollarıdır”.

Əvvəlcə respublikaçı olan Nyu-Yorkun keçmiş meri, “Bloomberg” agentliyinin sahibi, 77 yaşlı milyarder Maykl Blumberq Demokrat Partiyasından prezidentliyə namizəd kimi qeydə alınıb.

Onun sərvəti 50 milyard ABŞ dollarından çoxdur və prezidentlik kampaniyasının xərclərini özü qarşılayır. O, hələ ki, heç bir praymerizdə (Ayova, Nyu-Hempşir və Nevada ştatları) iştirak etməyib. Amma onun 3 martda 14 ştatın sakinlərinin səs verəcəyi praymerizdə iştirakı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru