İspaniyada baş nazirə qarşı çirkli pulyuma iddiaları

25-02-2020, 11:53           
 İspaniyada baş nazirə qarşı çirkli pulyuma iddiaları
İspaniyanın Kataloniya muxtar regionunda prokurorlar çirkli pulyuma işini araşdırır. Bu işin Bolqarıstanın Baş naziri Boyko Borisov ilə mümkün bağlılığı olduğu bildirilir. Bu haqda fevralın 23-də “Business News Europe” Barselonada bir qəzetə istinadla yazıb.

“El Periodico” qəzeti fevralın 21-də manşet məqaləsində yazıb ki, polis keçmiş bolqarıstanlı model Borislava Yovcheva, onun atası və iki şirkətin 2013-cü ildə İspaniyadan kənarda yaşayan adamlardan aldığı 5 milyon avronun mənşəyini araşdırır. Məqalədə polis məlumatlarına istinadla yazılıb ki, şübhəli mənbəli pulun “Bolqarıstan hökumətində yüksəkçinli məmurların açıqlamadıqları vəsaitlərə bağlı ola biləcəyi” araşdırılır.

Kataloniya polisi fevralın 21-də AzadAvropa/AzadlıqRadiosuna təhqiqat aparıldığını təsdiqləyib, amma detalları açıqlamayıb. Eləcə də Bolqarıstan baş nazirinin adının keçdyini deməyib.

2015-ci ildə iki hakim və naməlum üçüncü şəxs arasında sızdırılmış söhbətdə iddia olunurdu ki, Borisov Barselonada sevgilisi üçün 1,5 milyon avroya əmlak alıb.

Borisov İspaniyada əmlakı olmadığını deyir.

Bolqarıstanın Bivol.bg araşdırmaçı xəbər saytı bir neçə il qabaq yazmışdı ki, Borisov İspaniyada Yovcheva-ya villa alıb.

Baş nazir isə bu iddiaları dəfələrlə rədd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.