Yunan adalarında fövqəladə vəziyyət

26-02-2020, 19:28           
Yunan adalarında fövqəladə vəziyyət
Yunanıstanın Lesbos və Xios adalarında polislə etirazçılar arasında münaqişələr səngimir.

Axar.az xəbər verir ki, etirazçılar adalarda miqrantlar üçün qapalı tipli düşərgələrin inşa edilməsinə sərt şəkildə qarşı çıxırlar. Lesbos adasında baş verənləri “partizan müharibəsi” də adlandırırlar.

Adaların hökumət nümayəndələri düşərgələrin məhz sakinlərin təhlükəsizliyi, koronavirusa yoxluxmamaları üçün inşa olunduğunu bəyan etsələr də, yerli sakinlər buna kəskin reaksiya verir, bəzi yerlərdə polisə qarşı zorakılıq edirlər. Artıq adalara xüsusi təyinatlı polis dəstələri göndərilib.

Qeyd edək ki, ötən gün sözügedən adalarda polislə yerli sakinlər arasında qarşıdurma yaşandığı barədə məlumat vermişdik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru