İranda bir nazir vəzifəsindən azad olunub – Sabotajla məşğul imiş

12-05-2020, 00:00           
İranda bir nazir vəzifəsindən azad olunub –

İranın sənaye, mədən və ticarət naziri vəzifəsindən azad olunub.

Bu gün İran Prezidenti Həsən Ruhaninin əmri ilə ölkənin sənaye, mədən və ticarət naziri Rza Rəhmani vəzifəsindən kənarlaşdırılıb.

R.Rəhmaninin ölkədə sənaye, ticarət sahələrində baş vermiş nöqsanlara, eləcə də bazarda məhsulların süni bahalaşmasına görə işdən azad edildiyi bildirilir.

Qeyd edək ki, R.Rəhmanin vəzifələri müvəqqəti olaraq onun birinci müavini Hüseyn Modərres Xiyabaniyə tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru