Rusiyada qeyri-iş günləri başa çatdı – PUTİN AÇIQLADI

12-05-2020, 00:01           
Rusiyada qeyri-iş günləri başa çatdı –
Rusiya prezidenti Vladimir Putin mayın 12-dən etibarən qeyri-iş günlərinin başa çatdığını elan edib

Dövlət başçısı koronavirsla əlaqədar tətbiq edilən mövcud rejimin yumşaldılmasının mərhələli şəkildə keçiriləcəyini bildirib : “Bu məsələdə tələsik irəli qaçmaq lazım deyil”.

Prezident fərmanına uyğun olaraq, region rəhbərləri koronavirusa görə məhdudiyyətlərin uzadılması və ya aradan qaldırılması barədə müstəqil qərar qəbul edirlər.

Bazar ertəsi günü Rusiya lideri hökumətə iyunun 1-də iqtisadiyyatın bərpası üzrə ümummilli fəaliyyət planını təqdim etməyi tapşırıb. Prezident həmçinin Səhiyyə Nazirliyinə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə düzəlişlər edilməsi barədə göstəriş verib.\\Publika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru